www.contest.pashabank.az
Open in
urlscan Pro
185.215.4.16
Public Scan
URL:
https://www.contest.pashabank.az/
Submission: On May 09 via automatic, source certstream-suspicious — Scanned from DE
Submission: On May 09 via automatic, source certstream-suspicious — Scanned from DE
Form analysis
0 forms found in the DOMText Content
* Facebook * Twitter * Manifest * Şərtlər və qaydalar * Mükafat * Jüri * F.A.Q * Qeydiyyat * Manifest * Şərtlər və qaydalar * Uduş fondu * Münsiflər heyyəti * FAQ * Qeydiyyat Azərbaycanın gələcəyini təsəvvür edin MÜSABİQƏYƏ QOŞUL Rəqəmsal incəsənət müsabiqəsinə qoşulun, gələcək Azərbaycana dair yanaşmanızı vizuallaşdırın və müsabiqədə qalib gəlin. Bu müsabiqəni Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100-cü ildönümünə həsr edirik. O, həyatı boyu vətən adlandırdığımız müasir Azərbaycanı xəyal edib, əzmkarlıqla inşa edərək gələcək nəsillərə ötürüb. Bütün yaradıcı şəxsləri "Növbəti 100 il" adlı dizayn müsabiqəsində iştirak edərək təsəvvür etdikləri gələcək Azərbaycanı vizuallaşdırmağa çağırırıq. Şərtlər və qaydalar İştirak hüququ Müsabiqədə yaşından, milliyyətindən, ixtisas dərəcəsindən və iş təcrübəsindən asılı olmayaraq, Azərbaycan Respublikasında qanuni şəkildə yaşayan hər bir şəxsin iştirak etməsinə icazə verilir. Əsərlərin təqdim edilməsi qaydasına dair təlimatlar Müsabiqəyə təqdim edilən bütün əsərlər aşağıdakı meyarlara uyğun gəlməlidir: 1. Əsərlər müsabiqənin mövzusuna uyğun olmalıdır. 2. Əsərlərdə Heydər Əliyevin heç bir təsvirindən istifadə edilməməlidir. 3. Əsərlər rəqəmsal formatda çəkilməlidir. Eskiz, rəsm və ya heykəltəraşlıq kimi fiziki obyektlərin skanerlə çıxarılan surətləri və fotoşəkilləri qəbul edilməyəcək. 4. Əsərlər hər hansı vizual vasitəni, o cümlədən şablon təsviri və süni intellekt (Sİ) vasitəsilə yaradılmış təsviri ehtiva edə bilər, lakin qiymətləndirmə prosesi əsnasında Sİ ilə çəkilməmiş əsərlərə üstünlük veriləcək. Xəbərdarlıq: Sİ vasitəsilə yaradılmış əsərlər qanuni mənbələrdən əldə edilməlidir və hər hansı müəllif hüququnu və ya əqli mülkiyyət hüququnu pozmamalıdır. Sİ vasitəsilə yaradılmış əsəri təqdim etməklə, iştirakçı təsdiqləyir ki, o, Sİ vasitəsilə yaradılmış məzmunu istifadə etmək üçün qanuni hüquqa malikdir və əsər müəllif hüququnun pozulmasına və ya digər əqli mülkiyyət hüquqlarının pozulmasına dair hər hansı məhkəmə iddiasından azaddır. 5. Əsərlər 16:9, 9:16 və 1:1 nisbətini ehtiva edən, həcm etibarilə 5 meqabaytdan (MB) böyük olmayan PNG (“Portable Network Graphics”) formatlı fayl kimi təqdim edilməlidir. 6. Hər bir iştirakçı yalnız bir rəqəmsal incəsənət əsərini təqdim edə bilər. 7. Yüklənən faylın adında onu yaradan şəxsin adı, soyadı və əsərin qeyd olunmalıdır. (Ad_Soyad_Əsərin adı) 8. Rəqəmsal incəsənət əsərini veb-sayta yükləyərkən ideyanı təsvir edən maksimum 500 sözdən ibarət məzmun əlavə olunmalıdır. Son tarix Bütün əsərlər 10 iyun 2023-cü il saat 23:59-dək təqdim edilməlidir. Bu tarixdən sonra təqdim edilən əsərlər müsabiqədə iştirak üçün qəbul edilməyəcək. Qiymətləndirmə meyarları Əsərlər aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək: 1. İdeya və yaradıcı yanaşma 2. İdeyanın tətbiqi, texniki icra 3. Müsabiqənin mövzusuna uyğunluq Qaliblər və mükafatlar Bütün əsərlər rəqəmsal incəsənət və marketinq sahələri üzrə Azərbaycanın aparıcı ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Yuxarıdakı meyarlara uyğun olaraq, qaliblər 1-10 bal sistemi ilə müəyyən ediləcək. İlk üç qalib aşağıda göstərilən mükafatları əldə edəcək: 1. 1-ci yer: 5000 AZN 2. 2-ci yer: 3000 AZN 3. 3-cü yer: 1000 AZN . Mülkiyyət hüququ Əsəri təqdim etməklə iştirakçı: 1. Əsərin “PAŞA Bank” ASC tərəfindən öz kommersiya fəaliyyətinin təşviqi məqsədləri üçün istifadə edilməsinə; 2. Əsərin “PAŞA Bank” ASC-nin strukturuna daxil və ya sərəncamında olan hər hansı veb-saytda nümayiş etdirilməsi, həmçinin reklam kampaniyalarında istifadə edilməsi üzrə tam hüquqları “PAŞA Bank” ASC-ə verməyə razılaşır. İştirak hüququndan məhrum etmə Təlimatlara uyğun gəlməyən və ya qeyri-müvafiq məzmun ehtiva edən əsərlər iştirak hüququ qazanmayacaq. Qeyri-müvafiq məzmun dedikdə hər hansı şəxsin və ya şəxslər qrupunun irqi, cinsi mənsubiyyəti, cinsi meyli, dini etiqadı və ya siyasi fikirləri üçün təhqiramiz olan, ayrı-seçkilik yaradan məqamlar nəzərdə tutulur. Müsabiqə təşkilatçılarında qalan hüquqlar Müsabiqə təşkilatçısı öz qərarı əsasında qaydaları dəyişdirmək, müsabiqəni təxirə salmaq və ya əsərləri müsabiqədən kənarlaşdırmaq hüququnu özündə saxlayır. Uduş fondu İndi siz təsəvvür edin! 31 Gün 13 Saat 36 Dəqiqə 48 Saniyə MÜSABİQƏYƏ QOŞUL Münsiflər heyəti * Elnur Nurəli Azərbaycan Marketinq Peşəkarları Assosiasiyasının sədri * Zara İbrahimzadə Marketinq direktor PAŞA Bank * Şamil Ramazanov Təsisçi Paraxox Agency * Samir Hüseynov Təsisçi Design Online * Vüsal Əzizov Dizayn şöbəsinin rəhbəri PAŞA Bank * Günel Mavliyarova Marketinq direktor Kapital Bank * Emin Mahmudov Baş icraçı direktor Maverick * Orxan Kərimov Təsisçi Endorphin © 2023 PAŞA Bank.