stv.az
Open in
urlscan Pro
2606:4700:3031::ac43:d662
Public Scan
Submitted URL: http://stv.az/?p=1368
Effective URL: https://stv.az/?p=1368
Submission: On January 27 via api from US — Scanned from US
Effective URL: https://stv.az/?p=1368
Submission: On January 27 via api from US — Scanned from US
Form analysis
1 forms found in the DOMGET https://stv.az/
<form role="search" method="get" id="searchform" action="https://stv.az/">
<div class="input-group">
<input type="search" class="form-control" placeholder="Search" value="" name="s">
<span class="input-group-btn btn-default">
<button type="submit" class="btn"> <i class="fa fa-search"></i> </button>
</span>
</div>
</form>
Text Content
Skip to content * 27/01/2024 İNFORMASIYA AGENTLIYI * * QARABAĞ * Cəmiyyət * Siyasət * Mədəniyyət * Təhsil * Gündəm * Səhiyyə * ŞOU * İdman * DINI Cəmiyyət Siyasət “MƏŞĞULLUĞA DƏSTƏK LAYIHƏSI”NƏ BU IL DAHA 6 MIN ŞƏXS CƏLB EDILƏRƏK KIÇIK BIZNESLƏRI QURULACAQ Baxılıb: 1. 097 PAYLAŞ Facebook Stv.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rəsmi saytında verdiyi məlumata görə Layihəyə ötən il 1033 şəhid ailəsi üzvü və müharibə iştirakçısı da cəlb edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının nümayəndələri ilə görüş olub. Ötən dövrdə Dünya Bankı ilə sosial sahədə uğurlu əməkdaşlıq təcrübəsini qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni əməkdaşlıq layihəsi olan “Məşğulluğa Dəstək Layihəsi”nin əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə aktiv məşğulluq proqramları ildən-ilə genişləndirilir. Ötən il 16232 şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur. Proqramın fəaliyyət sahələrinin sayı da artaraq 44-ə çatıb. S.Babayev Nazirlik və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsinin özünüməşğulluq proqramının genişləndirilməsi və icra mexanizminin effektivliyinin artırılmasına mühüm dəstək olduğunu deyib. O, əhalinin həssas qruplarından olan 22 min işsiz şəxsin bu layihə üzrə istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaradacağını diqqətə çatdırıb. Qeyd edib ki, artıq 6 mindən çox işsiz şəxs layihə üzrə biznes təlimlərə cəlb edilib ki, onların 1033-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır. Layihənin icrasında qadınlara və gənclərə də üstünlük verilir. Layihə üzrə biznes təlimlərə cəlb edilmiş şəxslərin 1771-si qadın, 1806-sı gəncdir. Bu il isə “Məşğulluğa Dəstək Layihəsi”nə daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq. Layihə iştirakçılarına aktivlərin təqdim edilməsi prosesi davam edir. Bildirilib ki, Layihə məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi, xüsusi təlim modullarının hazırlanması və yenilənməsi, əmək bazarının ehtiyaclarının qiymətləndirilməsi üzrə kadr potensialının gücləndirilməsi, işaxtaranlar üçün statistik profilləşdirmə alətlərinin və bacarıqların qiymətləndirilməsi testlərinin hazırlanması və s. istiqamətlərdə də dəstək rolunu oynayır. Görüşdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl, sosial müdafiə üzrə baş mütəxəssisi Mirey Ovadiya, əməliyyatlar üzrə baş mütəxəssis Səidə Bağırlı və baş iqtisadçı Sirma Demir Şeker, sosial müdafiə və iş yerləri üzrə praktika meneceri Cem Mete, Dünya Bankının Azərbaycandakı Ofisinin proqramlar üzrə assistenti Səbinə Quliyeva birgə layihələrin icrası işlərindən və gələcək əməkdaşlıq məsələlərindən bəhs ediblər. “Məşğulluğa Dəstək Layihəsi” üzrə aparılan işlərə və məşğulluq, pensiya, sosial təminat və əlillik sahələrində texniki yardım üzrə gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə dair müzakirələr aparılıb. YAZI NAVIQASIYASI İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər RELATED POST Cəmiyyət QARABAĞ Siyasət İLHAM ƏLIYEV VƏ BIRINCI XANIM MEHRIBAN ƏLIYEVA 20 YANVAR FACIƏSININ 32-CI ILDÖNÜMÜ ILƏ ƏLAQƏDAR ŞƏHIDLƏR XIYABANINI ZIYARƏT EDIBLƏR Yan 20, 2022 Stv.az Cəmiyyət QARABAĞ 20 YANVAR – ÜMUMXALQ HÜZN GÜNÜ Yan 20, 2022 Stv.az Cəmiyyət Maraqlı Sağlamlıq Şou-Biznes MƏŞHUR AZƏRBAYCANLI AKTRISA ÜLVIYYƏ XƏLILBƏYLI IKINCI ÖVLADININ SEVINCINI YAŞAYIR-TƏBRİK Yan 15, 2022 Stv.az YOU MISSED Cəmiyyət Siyasət “MƏŞĞULLUĞA DƏSTƏK LAYIHƏSI”NƏ BU IL DAHA 6 MIN ŞƏXS CƏLB EDILƏRƏK KIÇIK BIZNESLƏRI QURULACAQ Yan 20, 2022 Cəmiyyət QARABAĞ Siyasət İLHAM ƏLIYEV VƏ BIRINCI XANIM MEHRIBAN ƏLIYEVA 20 YANVAR FACIƏSININ 32-CI ILDÖNÜMÜ ILƏ ƏLAQƏDAR ŞƏHIDLƏR XIYABANINI ZIYARƏT EDIBLƏR Yan 20, 2022 Cəmiyyət QARABAĞ 20 YANVAR – ÜMUMXALQ HÜZN GÜNÜ Yan 20, 2022 Cəmiyyət Maraqlı Sağlamlıq Şou-Biznes MƏŞHUR AZƏRBAYCANLI AKTRISA ÜLVIYYƏ XƏLILBƏYLI IKINCI ÖVLADININ SEVINCINI YAŞAYIR-TƏBRİK Yan 15, 2022 İNFORMASIYA AGENTLIYI Proudly powered by WordPress | Theme: Newsup by Themeansar. * QARABAĞ * Cəmiyyət * Siyasət * Mədəniyyət * Təhsil * Gündəm * Səhiyyə * ŞOU * İdman * DINI